Azərbaycanlı pianoçu Leyla Zeynalova ABŞ-da böyük uğur qazandı.
Azərbaycanlı pianoçu, Bard Kollecinin Longy Musiqi Məktəbinin (Longy School of Music of Bard College) tələbəsi Leyla Zeynalova ABŞ-da keçirilən 2025 Ann & Charles Eisemann Beynəlxalq Piano müsabiqəsində (2025 Ann & Charles Eisemann International Young Artists Competition for Piano) II yerə layiq görülüb.
AzTurkxeber.az -ın məlumatına görə, həmyerlimiz olduqca rəqabətli müsabiqədə qalib olana qədər 3 mərhələdən keçmişdir. Pianoçu Leyla Zeynalova müsabiqənin final mərhələsində D.Şostakoviçin 2 nömrəli konsertini (F major, Op. 102) ifa etmişdir.