Los-Ancelesdə meşə yanğınları səbəbindən 92 min insan təxliyə edilib
ABŞ-ın Los-Anceles vilayətində yanğının baş verdiyi bölgələrdən təxminən 92 min insan təxliyə edilib.
azturkxeber.az xəbər verir ki, bu barədə vilayətin rəhbəri Robert Luna açıqlamasında bildirib. Onun sözlərinə görə, daha 89 min nəfərə təxliyə xəbərdarlığı olunub.
Qeyd edək ki, Los-Anceles bölgəsində baş verən çoxsaylı meşə yanğınları nəticəsində azı 25 nəfər ölüb, xeyli sayda insandan isə xəbər yoxdur.