azturkxeber.az
http://azturkxeber.az

“Alıe parusa” yaşayış kompleksində terror aktını Ermənistan vətəndaşı törədib

04-02-2025

“Alıe parusa” yaşayış kompleksində terror aktını Ermənistan vətəndaşı törədib


“Alıe parusa” yaşayış kompleksində terror aktını Ermənistan vətəndaşı törədib.

İlkin məlumatlara görə, yaşayış kompleksində baş vermiş terakt nəticəsində həlak olan ikinci şəxs intiharçı-terrorçunun özü olub. Ehtimal edilir ki, əvvəllər məhkum edilmiş Ermənistan vətəndaşı Donbasda “Arbat” batalyonunu yaradan Armen Sarkisyana qarşı partlayıcı qurğunu işə salıb.

Hadisə nəticəsində iki nəfər həlak olub: Armen Sarkisyanın özü və ehtimal edilən terrorçu. Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını və cinayətin motivlərini müəyyən etmək üçün istintaqa başlayıb.

Qeyd edək ki, fevralın 3-də Moskvada “Alıe parusa” yaşayış kompleksində qondarma DXR-in Boks Federasiyasının prezidenti və “Arbat” batalyonunun yaradıcısı 46 yaşlı Armen Sarkisyana qarşı sui-qəsd olunub. O, 2022-ci ilin sentyabrında Donbasda erməni batalyonunu yaradıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728