Bakı Limanında növbəti rekord

2026-cı ilin yanvar-sentyabr aylarında Bakı Limanında təxminən 100 000 TEU həcmində konteyner daşınması həyata keçirilib.
Azturkxeber.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Bu, ötən ilin eyni dövrü ilə (77 300 TEU) müqayisədə təxminən 30% artım və növbəti rekord göstəricidir.
Analoji dövrdə limanda aşırılmış ümumi yük həcmi 4% artaraq 6.35 milyon tona, quru yük həcmi isə 71% artımla 1.75 milyon tona çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: