azturkxeber.az
http://azturkxeber.az

İstanbulda “Zəfər Turniri 2026” keçirilib

13-10-2026

İstanbulda yerləşən "Kemer Country Golf Club"-da Azərbaycan və Türkiyənin birgə təşkil etdiyi ənənəvi qolf yarışı – sayca 4-cü “Zəfər Turniri 2026” keçirilib.

Azturkxeber.az xəbər verir ki, yarış Azərbaycan və Türkiyə Qolf Federasiyaları arasında dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi, hər iki qardaş ölkədə qolf idmanının inkişafı, eləcə də idmançılar arasında qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Zəfər Turniri” hər il növbə ilə Azərbaycan və Türkiyədə təşkil olunur. Bu dəfə yarışa Türkiyə ev sahibliyi edib. Turnirdə hər iki ölkənin qolfçuları iştirak ediblər. Yarış dostluq və sağlam rəqabət şəraitində keçib.

Yarışı Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov və Türkiyə Qolf Federasiyasının rəhbəri Yıldırım Dəmirörən də izləyiblər.

Rauf Xəlilov turnirin iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb. O, Türkiyə Qolf Federasiyasının prezidenti Yıldırım Dəmirörənə, eləcə də yerli federasiyanın əməkdaşlarına və üzvlərinə göstərdikləri qonaqpərvərliyə görə təşəkkür edib.

Rauf Xəlilov qolfun yalnız idman növü deyil, həm də xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üçün mühüm vasitə olduğunu qeyd edib. O, Azərbaycan və Türkiyə üçün artıq ənənəyə çevrilmiş bu turnirin əhəmiyyətini vurğulayıb və iki ölkə arasında idman əməkdaşlığının gələcəkdə də inkişaf etdirilməsinin vacibliyini bildirib.

İdman sahəsində “Bir millət, iki dövlət” prinsipinin növbəti təzahürü olan “Zəfər Turniri 2026” Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin, qarşılıqlı hörmətin və möhkəm idman əməkdaşlığının rəmzinə çevrilib.

Azərbaycan Qolf Federasiyası iki ölkə arasında qolf sahəsində əməkdaşlığın genişləndirilməsini, eləcə də bu ənənəvi turnirin gələcəkdə də keçirilməsini dəstəkləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031