azturkxeber.az
http://azturkxeber.az

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

12-10-2026

Oktyabrın 12-də Bakıda Kamboca Krallığının Baş naziri Hun Manetin rəsmi qarşılanma mərasimi olub.

Azturkxeber.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Kamboca Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Baş naziri Hun Maneti qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Kambocanın Baş nazirinə raport verdi.

Kamboca Krallığının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Kambocanın Baş naziri Hun Manetin qarşısından keçdi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Hun Manetə, Kamboca nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031