Beynəlxalq forumda

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və deputat Nigar Arpadarai “Vacib söhbət: xoşbəxt ailə güclü dövlət deməkdir” adlı Forumda iştirak etmək üçün oktyabrın 11-də Belarus Respublikasının Polotsk şəhərinə səfər edəcəklər.
Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, forumda müxtəlif ölkələrin parlamentariləri bir araya gələrək mənəvi dəyərlər və ailə ənənələri ilə bağlı əsas prinsiplər və yanaşmalar ətrafında fikir mübadiləsi aparacaqlar.
Səfər oktyabrın 15-də başa çatacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: