azturkxeber.az
http://azturkxeber.az

Bu gün Ümumdünya Poçt Günüdür

09-10-2026

Hər il oktyabrın 9-u dünyada Ümumdünya Poçt Günü kimi qeyd olunur. Bu gün poçt xidmətlərinin insanların həyatında, ölkələr arasında əlaqələrin qurulmasında və beynəlxalq əməkdaşlığın inkişafında oynadığı mühüm rola diqqət çəkilir.

Azərbaycanda poçt xidmətlərinin tarixi 1818-ci ildə Gəncədə ilk müasir tipli poçt kontorunun açılması ilə başlayır. 208 illik tarixə malik poçt sahəsi zamanla inkişaf edərək müasir dövrün tələblərinə uyğunlaşıb, insanların informasiya mübadiləsində və ünsiyyətində əhəmiyyətli yer tutub.

Bu gün Azərbaycan Avropanın poçt operatorlarını bir araya gətirərək poçt sektorunun gələcəyinə dair müzakirələrə ev sahibliyi edir. Bu cür təşəbbüslər sahədə təcrübə mübadiləsi, əməkdaşlığın genişləndirilməsi və yeni imkanların dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə poçt xidmətləri də yenilənir, rəqəmsal həllər və innovasiyalar vasitəsilə daha əlçatan və çevik xidmətlərin göstərilməsi istiqamətində addımlar atılır.

Bununla belə, poçtun əsas missiyası dəyişməz qalır: insanları bir-birinə yaxınlaşdırmaq, məsafələri qısaltmaq və əlaqələri möhkəmləndirmək.

Ümumdünya Poçt Günü münasibətilə bu sahədə çalışan bütün əməkdaşları təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!

Azturkxeber.az informasiya Agentliyinin direktoru Sahilə Bayramlı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031