azturkxeber.az
http://azturkxeber.az

Dağ velosipedi üzrə Ölkə Kuboku yarışına yekun vurulub

12-10-2026

Gənclər və İdman Nazirıiyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının 2026-cı il üçün təsdiq edilmiş təqvim planına əsasən, dağ velosipedi (MTB) üzrə Ölkə Kuboku yarışının 3-cü mərhələsi keçirilib.

Bu barədə Azturkxeber.az-a AVİF-dən məlumat verilib.

Dağ Velosipedi Parkında təşkil olunan yarışda 30-dan artıq idmançı mübarizə aparıb.

Elit, U23 və gənc oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin (ROEQİUGVM) təmsilçiləri fərqləniblər. Mirmövsüm Cəbrayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kamal İsmayılov 2-ci, Kənan Eyvazov isə 3-cü yeri tutub.

U17 kateqoriyasında Əli Zeynalzadə, Toğrul Məmmədli və Kənan Eyvazov (hamısı ROEQİUGVM) müvafiq olaraq ilk 3 pillədə qərarlaşıblar.

U15 yaş kateqoriyasında da ROEQİUGVM idmançıları hamıdan güclü olublar - Məhəmmədəli Ağazadə qızıl, Mirəli Miryəhyayev gümüş, Kamran Abdullayev isə bürünc medala layiq görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031