azturkxeber.az
http://azturkxeber.az

Hakim vəzifələrinə təyin olunmuş prokurorluq əməkdaşları ilə görüş keçirilib

13-10-2026

Hakimlik vəzifələrinə seçilmələri ilə əlaqədar keçirilmiş müsabiqədə uğur qazanan 2 nəfər prokurorluq işçisi Azərbaycan Respublikasının Prezidentinin 10 oktyabr 2026-cı il tarixli sərəncamı ilə birinci instansiya məhkəmələrinin hakimləri təyin olunublar.

Azturkxeber.az xəbər verir ki, sərəncama əsasən Bakı şəhəri Xəzər rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas İslamzadə Vüqar Səyyar oğlu Tovuz Rayon Məhkəməsinin hakimi və Qax rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşünas Əhmədli Səxavət Böyükağa oğlu Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi vəzifələrinə təyin ediliblər.

Bu münasibətlə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun rəhbərliyi ilə 12 oktyabr 2026-cı il tarixdə Baş Prokurorluğun inzibati binasında tədbir keçirilib.

Tədbir zamanı Elçin Məmmədov yeni təyin edilmiş hakimləri təbrik edib prokurorluq orqanlarında göstərdikləri səmərəli fəaliyyəti, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə və insan hüquqlarının müdafiəsi sahəsindəki xidmətlərini yüksək qiymətləndirib. O, Baş prokuror Kamran Əliyev tərəfindən imzalanmış Prokurorluğun Fəxri Fərmanlarını təqdim edərək onlara yeni vəzifələrində uğurlar arzulayıb.

Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb səmimi söhbətlər etmiş və sonda xatirə şəkli çəkdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031