azturkxeber.az
http://azturkxeber.az

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

13-10-2026

Oktyabrın 13-də Bakıda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi olub.

Azturkxeber.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Laos Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Laos Prezidenti Thonqlun Sisuliti qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Laos Prezidentinə raport verdi.

Laos Xalq Demokratik Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Laos Prezidenti Thonqlun Sisulitin qarşısından keçdi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Thonqlun Sisulitə, Laos nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.

Sonda dövlət başçıları rəsmi foto çəkdirdilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031