DİN oktyabrın 13-nə dair əməliyyat-statistik məlumatları açıqlayıb

- Oktyabrın 13-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Azturkxeber.az-a verilən məlumatda bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: