azturkxeber.az
http://azturkxeber.az

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Şərur rayonunda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

17-09-2026

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Şərur Rayon İcra Hakimiyyətinin binasında Şərur rayonundan olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.

Azturkxeber.az xəbər verir ki, qəbula gələn vətəndaşların müraciətləri əsasən əkin sahələri və kənd təsərrufatı heyvanlarının sığortalanması, aqrar sığorta haqlarının hesablanması, fermerlərə dövlət dəstəyi, güzəştli kreditlər və digər məsələlərlə bağlı olub.

Fuad Sadıqov vətəndaşların müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərlə bağlı ətraflı izah və məlumat verib, onların hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qəbul zamanı bildirilib ki, aqrar sığorta dövlət tərəfindən aqrar sahədə çalışan fermer və təsərrüfatlara mühüm dəstək mexanizmidir. Sığorta haqqının yarısının dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər sərfəli şərtlərlə aqrar sığortadan faydalanıb əkin sahələrini və heyvanlarını çoxsaylı hadisələrdən qoruya bilərlər.

Qarşıdan yeni sığorta mövsümünün, payızlıq taxıl əkini dövrünün gəldiyini xatırladan Fuad Sadıqov fermerlərə dövlətin yaratdığı bu imkandan faydalanmağı, əkin sahələrini və heyvanlarını sığortalamağı tövsiyə edib.

Qəbuldan sonra Fuad Sadıqov Şərur rayonunun Düdəngə kəndində heyvandarlıq təsərrufatı, eləcə də rayonun Aşağı Daşarx kəndində meyvə bağına baxış keçirib fermerləri dinləyib, fermerlərlə aqrar sahə ilə bağlı fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930