azturkxeber.az
http://azturkxeber.az

Nazir Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib

28-08-2026

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Qəbələ rayonunda Qəbələ və Oğuz rayonlarının sakinlərini qəbul edib.

Azturkxeber.az xəbər verir ki, qəbuldan əvvəl Anar Əliyev və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, ünvanlı sosial yardım, reabilitasiya vasitələri ilə təmin edilmə və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları da olub.

Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31