azturkxeber.az
http://azturkxeber.az

Nazir Anar Əliyev Qobustanda vətəndaşları qəbul edib

10-04-2026

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Qobustan rayonunda Qobustan və Şamaxı rayonlarının sakinlərini qəbul edib.

Bu barədə Azturkxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,

qəbuldan əvvəl Anar Əliyev və Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Nazir Qobustan rayon sakinləri, Vətən Müharibəsi Qəhrəmanı şəhid Elyar Arif oğlu Vəliyevin ailə üzvləri ilə də görüşüb. O, şəhid ailələrinin, müharibə iştirakçılarının sosial dəstəklə əhatə olunmasının nazirliyin əsas fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb.

Hər bir vətəndaş müraciəti fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.

Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930