azturkxeber.az
http://azturkxeber.az

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qulluğa qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib

17-08-2026

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayının və penitensiar müəssisələrin vakant ştat vahidlərinin komplektləşdirilməsi və şəffaflığın təmin olunması məqsədilə əvvəlcədən dərc edilmiş elanlara uyğun olaraq müraciət etmiş və seçim mərhələlərini uğurla başa vurmuş 35 nəfər yeni əməkdaşın andiçmə mərasimi keçirilib.

Azturkxeber.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov hərbi qulluqçu kimi gizir, həmçinin kiçik rəis heyəti vəzifələrinə təyin edilərək xüsusi rütbələr almış əməkdaşlara ədliyyə naziri Fərid Əhmədovun təbriklərini çatdırıb, onlara gələcək xidmətlərində uğurlar arzulayıb, ədliyyə işçisi adını şərəflə daşımağı tövsiyə edib.

Çıxış edən gənclər onlara göstərilən etimadı doğrultmaq üçün var qüvvələri ilə çalışacaqlarını, ədliyyə işçisi adını daim uca tutacaqlarını bildiriblər.

Sonda təntənəli qaydada and içən əməkdaşlara xidməti vəsiqələr təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31