Milli Məclisin komitə sədri Siyavuş Novruzov Kəngərli rayonunda növbəti vətəndaş qəbulları keçirib.











15 avqust 2026-cı il tarixində 2 saylı Şərur-Kəngərli Seçki Dairəsinin deputatı Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının inzibati binasında və Kəngərli rayon Qarabağlar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin inzibati binasında növbəti vətəndaş qəbulları keçirib.
Qəbullarda Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quluyeva da iştirak edib.
Qəbullar zamanı şəhid ailələri, müharibə veteranları və qazilər, rayonun ağsaqqalları, eləcə də rayon və kənd sakinləri müraciətlərini diqqətə çatdırıblar. Siyavuş Novruzov vətəndaşları fərdi qaydada dinləyib, şəhid ailələrinin və qazilərin qayğıları ilə maraqlanıb, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq yanaşmalar müəyyənləşdirib.
Vətəndaşların müraciətləri əsasən şəhid ailələri və qazilərlə bağlı sosial məsələlər, şəhidlərin yaxın qohumlarının təhsil haqqından azad edilməsi, sosial müdafiə və maddi yardım, məşğulluq və işlə təmin olunma, yerli özünüidarəetmə və bələdiyyələrin fəaliyyəti, maliyyə, kənd təsərrüfatı və torpaq məsələləri, habelə digər sosial-məişət xarakterli məsələləri əhatə edib.
Müraciətlərin bir çoxunun icrası operativ qaydada təmin edilmiş, bir qismi baxılması üçün aidiyyəti orqanlara göndərilmiş, qanunvericiliyin tələblərinə uyğun olmayan müraciətlərlə bağlı isə izahat verilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: