azturkxeber.az
http://azturkxeber.az

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

15-08-2026

Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında paracüdoçumuz İlham Zəkiyev (J1, +95 kq) qızıl medal qazanıb.

Azturkxeber.az xəbər verir ki, yarışda yarımfinal mərhələsində Böyük Britaniyanı təmsil edən Daniel English ilə qarşılaşan İlham Zəkiyev rəqibinə ipponla qalib gələrək finala yüksəlib.

Final görüşündə isə İspaniyanı təmsil edən Garros Suarez üzərində ipponla qələbə qazanan paracüdoçumuz Avropa çempionu tituluna sahib olub.

Bu nəticə ilə İlham Zəkiyev karyerasında 10-cu dəfə Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, qitə çempionatında daha əvvəl Saleh Sultanov (J1, 81 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) bürünc medal qazanıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31