azturkxeber.az
http://azturkxeber.az

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb

06-08-2026

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün keçiriləcək icbari təlimə qeydiyyat başlayıb.

Azturkxeber.az-ın məlumatına görə, təlimdə iştirak etmək istəyən namizədlər 6 avqust tarixindən 5 sentyabr saat 23:59-dək elektron ərizə formasını dolduraraq və tələb olunan sənədlərin skan olunmuş surətini əlavə edərək müraciət edə bilərlər.

Elektron ərizə formasına əlavə ediləcək sənədlərin siyahısı aşağıdakılardır:

şəxsiyyəti təsdiq edən sənədin skan olunmuş surəti;

ali təhsil haqqında sənədin notariat qaydasında təsdiq edilmiş və skan olunmuş surəti;

1 ədəd 3x4 sm ölçüdə fotoşəklin skan olunmuş surəti.

Müraciət elektron qaydada qəbul edilir.

İcbari təlim ödənişli əsaslarla həyata keçirilir.

Qeyd edək ki, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərin “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində müəyyən edilən tələblərə cavab verməsi zəruridir.

Əlavə məlumat əldə etmək üçün namizədlər (+994 12) 493 71 31 (daxili 125) nömrəli telefon vasitəsilə əlaqə saxlaya bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31