azturkxeber.az
http://azturkxeber.az

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb

06-08-2026

Hacıqabul rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azturkxeber.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kəlbəcər rayon sakini Əli Süleyman oğlu Həsənovun idarə etdiyi “Nissan“ markalı avtomobil idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb.

Hadisə zamanı avtomobilin sürücüsü yüngül xəsarət alıb, sərnişin - Salyan rayonunun Kolanı kənd sakini, 1961-ci il təvəllüdlü Aydın Əmrah oğlu Allahyarov isə ağır yaralanıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31