azturkxeber.az
http://azturkxeber.az

ADPU "Sosial iş" ixtisası üzrə təkrar ali təhsilə qəbul elan edir

06-08-2026

ADPU "Sosial iş" ixtisası üzrə təkrar ali təhsilə qəbul elan edir

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) "Sosial iş" ixtisası üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir.

ADPU-dan verilən məlumata görə, sənəd qəbulu 31 avqust 2026-cı il saat 23:59-dək https://portal.edu.az/ portalı vasitəsilə həyata keçiriləcək.

Namizədlər https://portal.edu.az/ portalında “Əlavə təhsilə elektron sənəd qəbulu xidməti” seçməklə müvafiq sənədləri sistemə daxil edərək qeydiyyatdan keçməlidirlər.

Təkrar ali təhsilə qəbul müsahibə əsasında aparılır. Elektron qeydiyyat zamanı sənədləri tələblərə cavab verən şəxslər təkrar ali təhsil almaq hüququnu qazanmaq üçün müsahibəyə dəvət olunurlar.

Qeydiyyat prosesi ilə bağlı ətraflı məlumatı buradan əldə edə bilərsiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31