azturkxeber.az
http://azturkxeber.az

“Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

05-08-2026



Avqustun 5-də “Təmiz Şəhər” ASC-nin yeni tərkibdə formalaşdırılmış Müşahidə Şurasının ilk iclası keçirilib.

Azturkxeber.az-ın məlumatına görə, Müşahidə Şurasının sədri, ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılovun sədrliyi ilə keçirilən iclasda Şuranın üzvləri, Cəmiyyətin İdarə Heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər.

İclas zamanı Cəmiyyətin 2025-ci il üzrə audit edilmiş maliyyə hesabatı dinlənilib və icra orqanına müvafiq tapşırıqlar verilib. Bununla yanaşı, gündəlikdə nəzərdə tutulan digər məsələlərə baxılıb, onların icrası ilə bağlı fikir mübadiləsi aparılıb və aidiyyəti təkliflər səsləndirilib.

Qeyd edək ki, “Təmiz Şəhər” ASC Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Prezidentin 4 mart 2026-cı il tarixli Sərəncamı və 26 may 2026-cı il tarixli Fərmanına müvafiq olaraq isə Cəmiyyətin Müşahidə Şurasının yeni tərkibi formalaşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31