azturkxeber.az
http://azturkxeber.az

Şəkidə “Yay məktəbi” layihəsi uğurla yekunlaşıb

05-08-2026

Şəki şəhərində təşkil olunan, üç gün davam edən və 120-dən artıq uşağın iştirak etdiyi “Yay məktəbi” başa çatıb.

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Vüsal Həsənovun verdiyi məlumata görə, məqsəd uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, onların incəsənət sahələrinə marağının artırılması və asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub. Üç gün ərzində iştirakçılar üçün müxtəlif istiqamətlər üzrə təlimlər və ustad dərsləri keçirilib.

“Yay məktəbi”nin son günündə Şəki şəhər Yuxarı Karvansaray kompleksində rəqs və ədəbiyyat saatı təşkil olunub. Təlim zamanı uşaqlar öz bacarıqlarını nümayiş etdirmək imkanı qazanıb, yaradıcılıq sahəsində yeni bilik və təcrübə əldə ediblər.

Layihənin yekunu olaraq iştirakçıların hazırladıqları rəsm, heykəltaraşlıq və rəqəmsal incəsənət (digital art) işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə nümayiş etdirilən əsərlər iştirakçıların yaradıcılıq potensialını və layihə müddətində qazandıqları bacarıqları əyani şəkildə əks etdirib.

“Yay məktəbi” layihəsi uşaqların incəsənətə olan marağının daha da artırılmasına, onların yaradıcı düşüncə və bacarıqlarının inkişafına mühüm töhfə verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31