azturkxeber.az
http://azturkxeber.az

Şirvan kanalı bərpa edildi - (FOTO)

05-08-2026


Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən, sızma baş vermiş hissəsindəki bənd artıq bərpa edilib.

Azturkxeber.az-ın məlumatına görə, hazırda təmir-bərpa işləri tam yekunlaşdırılıb.

Yevlax, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında suyun verilişi bərpa olunub. Hacıqabul, Ağsu, Kürdəmir və Şamaxı rayonlarının isə su ilə təminatı sabah axşam saatlarınadək, bütün ərazilər üzrə tam həcmdə suyun verilməsi isə 7 avqust səhər saatlarından həyata keçiriləcək.

Əlavə olaraq bildirək ki, hadisə baş verən andan etibarən əraziyə xüsusi texnika və canlı qüvvə cəlb olunub, işlərə dərhal başlanılıb. Operativ şəkildə həyata keçirilən tədbirlər nəticəsində bənd qısa müddətdə bərpa olunaraq suyun verilməsi mərhələli şəkildə təmin edilib. Görülən işlərlə əlaqədar sakinlərin su təminatında müvəqqəti fasilə yarandığına görə həmin ərazilərə su maşınları cəlb edilib, vətəndaşlar su ilə təmin olunublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31