azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası hazırlanıb

05-08-2026

Azərbaycan fotoqrafiyasının 165 illiyi münasibətilə “Gilavar Foto Klubu” İctimai Birliyinin təşəbbüsü ilə xüsusi poçt markası hazırlanıb. AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC tərəfindən hazırlanan markanın tərtibatında ölkəmizdə çəkilmiş ilk məlum fotoşəkillərdən istifadə olunub.

Azturkxeber.az xəbər verir ki, bu poçt markası Azərbaycan fotoqrafiyasının başlanğıcını əks etdirən tarixi görüntülərin filateliya vasitəsilə əbədiləşdirilməsinə xidmət edir. Bununla da Azərbaycan foto sənətinin formalaşmasının ən qiymətli vizual nümunələrindən biri ilk dəfə poçt markasında əks olunub. Marka ölkəmizdə foto sənətinin keçdiyi inkişaf yoluna verilən dəyərin ifadəsi olmaqla yanaşı, bu zəngin irsin filateliya vasitəsilə beynəlxalq ictimaiyyətə tanıdılmasına da mühüm töhfə verəcək.

Qeyd edək ki, sözügedən poçt markası Belçika Poçtu tərəfindən 4,000 nüsxə tirajla blok şəklində çap olunub.

Məlumat üçün bildirək ki, Azərbaycanda foto sənətinin əsası 1861-ci ildə, Bakı buxtasının dənizdən panoramik görüntülərinin çəkilməsi ilə qoyulub. Həmin görüntülər Azərbaycan ərazisində çəkilmiş ilk məlum fotoşəkillər hesab olunur və milli fotoqrafiyamızın başlanğıcını simvolizə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31