“Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinin uşaqları yay düşərgəsində




“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi nəzdində fəaliyyət göstərən “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzinin uşaqları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə təşkil olunan yay düşərgəsində iştirak edirlər.
Azturkxeber.az xəbər verir ki, düşərgənin ilk günü uşaqlar üçün olduqca maraqlı və yaddaqalan keçib. Gün ərzində onlar düşərgə mühiti və qaydaları ilə tanış olub, yeni dostlar qazanıb, müxtəlif tanışlıq oyunlarında, əyləncəli və inkişafetdirici proqramlarda fəal iştirak ediblər. Səmimi atmosfer və zəngin fəaliyyət proqramı uşaqlarda xoş təəssüratlar yaradıb.
Düşərgədə uşaqların qidalanması və istirahəti yüksək səviyyədə təşkil olunub. “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzi bir həftə ərzində onların asudə vaxtının səmərəli təşkili, sosial bacarıqlarının inkişafı, dünyagörüşlərinin genişlənməsi və unudulmaz yay təcrübəsi qazanmaları üçün yaradılan bu gözəl şəraitə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına , Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Konfederasiyanın Könüllülərinə səmimi təşəkkürünü bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: