azturkxeber.az
http://azturkxeber.az

Türkiyənin media nümayəndələri Xankəndiyə səfər ediblər

04-08-2026

Avqustun 4-də Türkiyədən olan bir qrup media nümayəndəsi Qarabağa səfər çərçivəsində Xankəndi şəhərində olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Azturkxeber.az-a verilən məlumata görə, qonaqlar şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, inşa olunan yaşayış və sosial infrastruktur obyektləri ilə yaxından tanış olublar. Qeyd edilib ki, bu səfər Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (və Mədəniyyətlərarası Şəbəkə Dərnəyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini, “Böyük Qayıdış” proqramı çərçivəsində görülən tədbirləri və bölgədə formalaşan yeni reallıqları, yerində media nümayəndələrinə nümayiş etdirməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31