azturkxeber.az
http://azturkxeber.az

Qırğızıstan və Özbəkistan iki kəndin rəsmi mübadiləsinə başlayıblar

04-08-2026

Qırğızıstan və Özbəkistan iki kəndin rəsmi mübadiləsinə başlayıblar

Qırğızıstan və Özbəkistan sərhədlərin demarkasiyası razılaşmaları çərçivəsində əvvəllər Özbəkistanın Fərqanə vilayətinə aid olan Çon-Qara və Taş-Dobo kəndlərinin rəsmi mübadiləsi üçün təşkilati və texniki işlərə başlayıblar.

Azturkxeber.az xəbər verir ki, avqustun 3-də fəaliyyətə başlayan birgə işçi qrupu kəndlərdə sakinlərin qeydiyyatını aparır və sənədləşmə prosesini həyata keçirir.

Təxminən 2500 nəfər əsasən etnik qırğız sakinin yaşadığı bu yaşayış məntəqələrində qeydiyyat bitdikdən sonra onlara Qırğızıstan vətəndaşlığı veriləcək. Öhdəliklərə əsasən, Qırğızıstan bunun müqabilində Özbəkistana ekvivalent ölçüdə torpaq sahələri təqdim edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31