azturkxeber.az
http://azturkxeber.az

İpoteka və Kredit Zəmanət Fondu və “AzInTelecom” MMC-nin BİRGƏ MƏLUMATI

04-08-2026

Bu gün İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən keçirilən satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzillərin seçimi prosesi uğurla başa çatıb.

Azturkxeber.az xəbər verir ki, qeyd edilən seçim prosesində Azərbaycanda ilk dəfə olaraq İKZF-nin təşəbbüsü ilə yaşayış sahələrinin kütləvi seçimi zamanı SİMA rəqəmsal imzanın üztanıma texnologiyası tətbiq edilib. Yeni həll sayəsində vətəndaşlar yaşayış sahələri üçün müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksionallığı ilə təsdiqləyiblər.

Bu günkü seçim prosesində Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 184 yeni, tam təmirli mənzil vətəndaşların seçiminə təqdim olunub. Yaşayış sahələri vətəndaşlar tərəfindən “Elektron ipoteka və kredit zəmanət” sistemində 16 dəqiqə 22 saniyə ərzində seçilib və bütün müraciətlər qaydalar çərçivəsində tamamlanıb.

Qeyd edək ki, bu yanaşma, prosesin təhlükəsizliyinin və şəffaflığının təmin olunmasına, xüsusi proqram təminatlarından istifadə edilməsinə, həmçinin yaşayış sahələrinin seçimi prosesində yarana biləcək sui-istifadə hallarının və seçim prosesinə kənar müdaxilə riskinin qarşısının alınmasına töhfə verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31