azturkxeber.az
http://azturkxeber.az

Ədliyyə və Kənd Təsərrüfatı nazirliklərinin əməkdaşları üçün süni intellekt ilə bağlı maarifləndirici təlimlər təşkil olunub

04-08-2026

“AZCON Holding”in şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (MSİM) dövlət sektorunda süni intellekt üzrə bilik və bacarıqların artırılmasına yönəlmiş maarifləndirmə tədbirlərinin davamı olaraq Ədliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları üçün təlimlər keçirib.

MSİM-dən Azturkxeber.az-a bildirilib ki, “Süni İntellekt Savadlılığı” layihəsi çərçivəsində təşkil olunan təlim sessiyalarında iştirakçılara süni intellektin əsas prinsipləri, dövlət sektorunda tətbiqi imkanları və müvafiq alətlərdən düzgün istifadə qaydaları barədə məlumat verilib.

Təlimlərdə məlumatların təhlükəsizliyi və məxfiliyinin qorunması, potensial risklərin qiymətləndirilməsi, eləcə də süni intellekt əsaslı həllərin dövlət xidmətlərinin və daxili iş proseslərinin təkmilləşdirilməsində rolu kimi mövzular əhatə olunub.

Qeyd edək ki, bu təlimlər “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nda nəzərdə tutulan məlumatlılığın artırılması, institusional bacarıqların gücləndirilməsi və yeni texnologiyaların dövlət idarəçiliyində məsuliyyətli tətbiqinin təşviqi istiqamətlərinə uyğundur.

MSİM növbəti mərhələlərdə digər dövlət qurumlarının əməkdaşlarını da bu təlimə cəlb etməklə maarifləndirmənin əhatə dairəsini genişləndirmək niyyətindədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31