Ceyhun Bayramov: Keçirilən görüşlərin regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə inanırıq
İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə görüşdə iki tərəfli münasibətləri, İsveçin sədri olduğu təşkilatlar çərçivəsindəki fəaliyyətini, mövcud vəziyyəti və perspektivləri, eyni zamanda, Azərbaycan-İsveç iki tərəfli gündəliyini, regionumuzdakı postmünaqişə vəziyyətini, Azərbaycan-Ermənistan normallaşma prosesini və bir sıra digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik.
Azturkxeber.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə birgə keçirilən mətbuat konfransında söyləyib.
O bildirib ki, aparılan faydalı fikir mübadiləsinin və keçirilən görüşlərin ikitərəfli əlaqələrimizin gələcək inkişaf dinamikasına, eləcə də regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə inanırıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: