azturkxeber.az
http://azturkxeber.az

Baş prokuror paytaxtın Nəsimi rayonunda vətəndaşları qəbul edib

04-08-2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Bu barədə Azturkxeber.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirib ki, avqustun 4-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Nəsimi rayon prokurorluğunun inzibati binasında Nəsimi rayonundan olan vətəndaşları qəbul edib.

Baş prokuror qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Nəsimi rayonu ərazisində yerləşən abidəsini ziyarət edərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 40 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31