azturkxeber.az
http://azturkxeber.az

“Azərpoçt” MMC-də Yaponiya Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib

04-08-2026

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-də Yaponiya Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib.

Azturkxeber.az xəbər verir ki, görüşdə “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Manaf Babayev, Yaponiya Parlamenti Müşavirlər Palatasının üzvü Miçihiro İşibaşi və sabiq parlament üzvü Şoci Namba, eləcə də Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe və hər iki tərəfdən digər nümayəndələr iştirak ediblər.

Nümayəndə heyətinə “Azərpoçt”un fəaliyyəti, poçt və logistika xidmətləri, rəqəmsal transformasiya, innovativ texnologiyaların tətbiqi, elektron ticarətin inkişafı və beynəlxalq əməkdaşlıq layihələri barədə məlumat verilib. Həmçinin təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.

Sonda qonaqlar Mərkəzi Poçt Şöbəsində yaradılmış xidmət infrastrukturu ilə tanış olublar. Onlara poçt xidmətlərinin təşkili, poçt göndərişlərinin qəbulu, emalı, daşınması və çatdırılması prosesləri barədə məlumat verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31