azturkxeber.az
http://azturkxeber.az

“AzerGold” İT sistemlərini “Hökumət buludu”na köçürüb

30-05-2025

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.

Azturkxeber.az-a verilən məlumata görə, fərmanın icrası çərçivəsində daha bir dövlət qurumu – “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürüb. Səhmdar Cəmiyyətin əsas rəqəmsal resursları tam şəkildə AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə yerləşdirilib. “AzInTelecom” tərəfindən “AzerGold”a “Virtual server – IaaS” (İnfrastructure-as-a-Service) və “Rezervlənmə – BaaS” (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsi təmin edilib. Bununla qurum kritik sistemlərin yüksək əlçatanlığına nail olub.

Qeyd edək ki, “Hökumət buludu” layihəsi çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus Bakı Əsas və Yevlax Ehtiyat Data Mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların cari İT xərcləri azalır, informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, təkmilləşdirilmiş informasiya təhlükəsizliyinə, dayanıqlı İT infrastrukturuna, keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” MMC “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031