azturkxeber.az
http://azturkxeber.az

Qəbələ-Xankəndi ultramarafonununun sonuncu mərhələsinə start verilib

13-04-2025

Qəbələ-Xankəndi ultramarafonununun dördüncü mərhələsinə start verilib.

Ağdamdan başlayan sonuncu mərhələ Xankəndidə başa çatacaq. Ultramarafon iştirakçıları son mərhələdə 28 kilometr məsafə qət edəcəklər.

Qeyd edək ki, “İdman Paytaxtı” Qəbələ şəhərindən start götürən ultramarafona 81 atlet qatılıb. Onların 23-ü qadın, qalanları kişi idmançılardır. Yarış iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri də var.

Ümumilikdə 192 kilometr məsafəni əhatə edən ultramarafonun əvvəlki mərhələləri Qəbələdən Ağdaşa (kilometr), Ağdaşdan Bərdəyə (65 kilometr) və Bərdədən Ağdamadək (44 kilometr) olub. Əvvəlki üç mərhələnin qalibləri ayrıca təltif edilib. Ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930