azturkxeber.az
http://azturkxeber.az

Qəbələ - Xankəndi ultramarafonuna start verilib

10-04-2025

Aprelin 10-da Qəbələ - Xankəndi ultramarafonuna start verilib.

Startdan əvvəl yarışın açılış mərasimi keçirilib.

Rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova ultramarafonun əhəmiyyətindən danışaraq, bu cür yarışların bölgələrdə idmanın inkişafına böyük təkan verdiyini bildirib. Qəbələnin 2025-ci il üçün "İdman paytaxtı" seçildiyini xatırladan Ə.Osmanova belə bir yarışa ev sahibliyi etməyin qürurverici olduğunu söyləyib.

Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva ardıcıl ikinci dəfə keçirilən ultramarafonun yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Milli Məclisin deputatı yarış iştirakçılarının marşrutun 3-cü günündə Bərdədən Ağdamadək 44 kilometr məsafə qət edəcəklərini və bu rəqəmin Vətən müharibəsində qazanılan zəfərlə əlaqədar rəmzi məna daşıdığını diqqətə çatdırıb.

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin Elnur Məmmədov ultramarafona marağın ildən-ilə artdığını, bu yarışın Dünya Atletika Federasiyasının təqvimində layiqli yer alacağına inandığını vurğulayıb.

Daha sonra yarış açıq elan edilib. Ultramarafona 81 atlet qatılıb. Onların 23-ü qadın, qalanları kişi idmançılardır. Yarış iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri də var.

“İdman Paytaxtı” Qəbələ şəhərindən start götürən marafonun iştirakçıları 192 km məsafəni qət edərək, Xankəndidə finişə çatacaqlar.

Ultramarafon iştirakçıları Qəbələ - Ağdaş (55 kilometr), Ağdaş - Bərdə (65 kilometr), Bərdə - Ağdam (44 kilometr), Ağdam - Xankəndi (28 kilometr) mərhələləri üzrə yarışacaqlar. Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930