azturkxeber.az
http://azturkxeber.az

Cavid Qurbanov: Ultramarafonun finiş nöqtəsi kimi Xankəndinin seçilməsi təsadüfi deyil

13-04-2025

Cavid Qurbanov: Ultramarafonun finiş nöqtəsi kimi Xankəndinin seçilməsi təsadüfi deyil

Artıq ikinci dəfədir bu ultramarafon keçirilir. Çox sevinirik ki, yarış hər il uğurla təşkil edilir.

Bu sözləri Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov Qəbələ - Xankəndi ultramarafonundan sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yarışın keçirilməsində əsas məqsədlərdən biri Azərbaycan gəncləri arasında sağlam həyat tərzini təbliğ etməkdir: "Xankəndinin seçilməsi təsadüfi deyil. Prezident İlham Əliyevin də dediyi kimi, Qarabağ Azərbaycandır!. İdmançılarımızın bu gün burada qaçması həyatımın ən xoşbəxt anlarından biridir. Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın qəhrəmanlığı və ordumuzun şücaəti sayəsində biz bu gün burada - Xankəndinin mərkəzində yarış keçiririk".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930