azturkxeber.az
http://azturkxeber.az

Moldova nümayəndə heyəti ilə görüş keçirilib

12-04-2025

Tərəflər arasında təcrübə və bilik mübadiləsinin aparılması, ölkələrimizin ticarət və logistika sektorlarında əməkdaşlıq imkanları müzakirə olunub.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Moldova nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyəti İqtisadi İnkişaf və Rəqəmsallaşma və Energetika nazirliklərinin Dövlət katibləri Viorel Qaraz və Konstantin Borosan, “Invest Moldova” İnvestisiya Agentliyinin direktoru Nataliya Bejan, eləcə də dayanıqlı enerji və kənd təsərrüfatı sektorları üzrə fəaliyyət göstərən dövlət rəsmiləri ilə təmsil olunub.
Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyəti, ixracın təşviqi mexanizmləri, “Made in Azerbaijan” brendi, təsdiqlənməsi gözlənilən logistikanın subsidiyalaşması, ölkəmizin əlverişli biznes və investisiya mühiti, ticarət və logistika potensialı barədə məlumat verib.
Moldovanın İqtisadi İnkişaf və Rəqəmsallaşma Nazirliyinin Dövlət katibi Viorel Qaraz ölkəmizlə şərabçılıq sahəsində əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirib, Azərbaycanın bu sahədə geniş inkişaf potensialını qeyd edib. “Invest Moldova”nın direktoru Nataliya Bejan təmsil etdiyi qurum barədə danışıb, AZPROMO ilə investisiyaların təşviqi fəaliyyətinin təşkil olunması və dəstək mexanizmlərinin yaradılması üzrə təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını vurğulayıb.
Görüşdə qarşılıqlı investisiya imkanlarının təhlili, hər iki ölkənin əlverişli coğrafi mövqeyinin ticarət əlaqələrimizin gücləndirilməsi məqsədilə istifadə edilməsinin vacibliyi qeyd edilib. Bu istiqamətdə praktiki addımların atılmasına dair razılıq əldə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930