azturkxeber.az
http://azturkxeber.az

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı arasında memorandum imzalanıb

07-04-2025

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı arasında memorandum imzalanıb

Aprelin 7-də Milli Məclisin və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri çərçivəsində Tolerantlıq və Sülh Təşkilatının rəhbəri Ahmed Aljarvan ilə görüş keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı arasında memorandum imzalanıb. Sənədi Sahibə Qafarova və Ahmed Aljarvan imzalayıblar.

Sənədin əhəmiyyətindən danışan Milli Məclisin sədri bildirib ki, memorandum Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930