azturkxeber.az
http://azturkxeber.az

Oğuzda aptekdə quldurluq edən şəxs tutulub

19-03-2025

Oğuzda aptekdə quldurluq edən şəxs tutulub


Oğuz şəhərində yerləşən apteklərin birində quldurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs həmin yerdə çalışan qadın satıcını kəsici alətlə hədələyərək kassada olan 500 manat pulu talayaraq ələ keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bildirilib ki, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən Ramin Məmmədov saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi kəsici alət maddi sübut kimi götürülüb.

Araşdırmalarla saxlanılan şəxsin avtobusdan da pul oğurladığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, R.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31