azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstan ilin sonuna qədər yerli xərçəng dərmanını qeydiyyata alacaq

11-03-2025

Qazaxıstan ilin sonuna qədər yerli xərçəng dərmanını qeydiyyata alacaq


Qazaxıstanda xərçəngə qarşı yerli istehsal olan dərman hazırda 2-ci faza klinik sınağındadır və onun qeydiyyatı ilin sonuna gözlənilir.

Bu barədə ölkənin elm və ali təhsil naziri Sayasat Nurbek açıqlama verib. Bildirilib ki, faza 1 klinik sınaqları keçən il tamamlanıb. Təcrübələrdə iştirak edən xəstələrin sayı artıb. Keçən il dərman yalnız kolon xərçənginin müalicəsi üçün sınaqdan keçirilirdisə, hazırda bütün xərçəng növlərinin müalicəsi üçün sınaqdan keçirilir.

Nazir əlavə edib ki, testlər yeni dərman müalicəsinin yaxşı nəticə verdiyini göstərir. Şişlərdə böyümə orta hesabla 30 faiz azalıb və dərman qəbul edən xərçəng xəstələrində irəliləyişlər müşahidə olunub. Bildirilib ki, ilin sonunda nəticələri təqdim etmək üçün mətbuat konfransı keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31