azturkxeber.az
http://azturkxeber.az

Bu gün rəqəmsal SAT imtahanı keçiriləcək

08-03-2025

Bu gün rəqəmsal SAT imtahanı keçiriləcək


Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) rəqəmsal SAT imtahanı keçirəcək.

Bu barədəDİM-dən məlumat verilib. DİM imtahan verəcək namizədlərdən qeydiyyatdan keçdikləri test mərkəzinə xüsusilə diqqət yetirmələrini və imtahan üçün buraxılış vərəqələrində göstərilən müvafiq ünvana yaxınlaşmalarını xahiş edir.

İmtahanın keçiriləcəyi ünvanlar:

-Akademik Həsən Əliyev küçəsi, 299 (TC60129)

-Süleyman Sani Axundov küçəsi, 50 (TC56582)

İmtahan verəcək şəxslər saat 07:15-dən gec olmayaraq tələb olunan aşağıda qeyd olunan sənəd və vasitələrlə birlikdə qeydiyyatdan keçdikləri imtahan binasında olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2. Buraxılış vərəqəsi – “Admission Ticket”;

3. “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə).

Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.

İştirakçılar imtahana, həmçinin kalkulyator, qeydləri aparmaq üçün qələm və ya karandaş gətirə bilərlər. Qaralama üçün vərəq imtahan mərkəzində verilir.

İmtahan iştirakçısının notbuk və ya planşetini imtahan mərkəzinə gətirmək imkanı yoxdursa və o, “College Board”dan notbuk/planşet sorğu edilməsi prosesindən keçməyibsə, həmin iştirakçı imtahan mərkəzinə buraxılmayacaq.

İmtahanla bağlı ətraflı məlumat DİM-in saytında yerləşdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31