azturkxeber.az
http://azturkxeber.az

Alparslan Bayraktar: Türkiyə və Azərbaycan ortaq inkişaf hədəflərinə doğru birgə irəliləyir

06-03-2025

Alparslan Bayraktar: Türkiyə və Azərbaycan ortaq inkişaf hədəflərinə doğru birgə irəliləyir


Enerji sektorunda atdığımız bu addım, sadəcə, infrastruktur layihəsi deyil, “İki dövlət, bir millət” anlayışının ən bariz nümunəsidir.

Bu sözləri Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Bakı-Tbilisi-Ceyhan və TANAP kimi nəhəng layihələrə imza ataraq qlobal enerji təhlükəsizliyinə töhfə verən Türkiyə və Azərbaycan bu gün Naxçıvana təbii qazı fasiləsiz çatdıraraq ortaq inkişaf hədəflərinə doğru birgə irəliləyir.

Nazir qeyd edib ki, Türkiyə və Azərbaycan qardaşlığının yeni simvolu olan boru kəməri BOTAŞ və SOCAR-ın iş birliyi ilə inşa edilib və 2 milyon kubmetr qaz nəql etmək imkanına malikdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31