azturkxeber.az
http://azturkxeber.az

“Sənətkarın dostu” layihəsinin növbəti qonağı Xalq artisti Zabit Nəbizadə olub

05-03-2025


Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində martın 5-də Qax rayonunda Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Zabit Nəbizadə ilə görüş keçirilib.

Rayonun Qaxingiloy kənd Mədəniyyət evində reallaşan tədbirin əvvəlində MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Emil Bədəlov “Sənətkarın dostu” layihəsi barədə danışıblar. Bildirilib ki, layihə mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, görkəmli mədəniyyət xadimləri ilə gənc istedadların zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə həyata keçirilir. Diqqətə çatdırılıb ki, layihə çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə incəsənət xadimlərinin iştirakı ilə indiyədək paytaxt Bakıda və regionlarda bir neçə maarifləndirici, musiqili və interaktiv görüş təşkil edilib və bu iş davam etdiriləcək.

Riad Cəbrayılovun moderatorluğu ilə keçirilən tədbirdə Zabit Nəbizadə muğam sənətinin tədrisi, muğam ifaçılığı, konsert yaradıcılığı, istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılması mövzularında söhbət aparıb.

Ustad dərsi formatında keçən görüşdə muğam və təsniflər səsləndirilib. Zabit Nəbizadənin tələbələri Rəis Niftəliyev və Ruhəngiz Musayevanın ifasında musiqi nömrələri təqdim olunub. İfaçıları tarda Altay Niftəliyev, kamançada Araz Ağaverdiyev müşayiət ediblər.

Görüşdə, həmçinin Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbi və Qax rayon Uşaq İncəsənət Məktəbi şagirdlərinin ifasında təsniflər səsləndirilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31