azturkxeber.az
http://azturkxeber.az

“E-sosial” portalı ABŞ-də keçirilən beynəlxalq müsabiqədə  qızıl mükafata layiq görülüb

05-03-2025

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “E-sosial” portalı ABŞ-də keçirilən beynəlxalq onlayn “AVA Digital Awards” müsabiqəsində “Veb sayt – dövlət” kateqoriyası üzrə qızıl mükafata layiq görülüb.
 (https://enter.amcpros.com/ava/entry/e-social/)

“E-sosial” portalının vətəndaşlar üçün bir kliklə 100-dən çox e-xidməti əlçatan etməsi, pensiya kalkulyatoru, həmçinin e-arayışları yükləmək və yoxlamaq imkanı yaratması müsabiqədə yüksək qiymətləndirilib. 

Sözügedən müsabiqəyə 30-a yaxın ölkədən müxtəlif dövlət qurumları, həmçinin “Samsung”, “The Grove”,  “MJ2 Marketing” kimi nüfuzlu beynəlxalq təşkilatlar, univeristetlər və tədqiqat institutları daxil olmaqla  2900  qurumdan müraciət daxil olub. 

 “AVA Digital Awards” rəqəmsal kommunikasiyada mükəmməlliyi qiymətləndirən beynəlxalq müsabiqədir. 1994-cü ildə təsis edilən mükafat rəqəmsal medianın konsepsiyası, istiqaməti, dizaynı və istehsalı ilə məşğul olan yaradıcı mütəxəssislərin nailiyyətlərini dəyərləndirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31