azturkxeber.az
http://azturkxeber.az

Dövlət Məşğulluq Agentliyi ABŞ-də keçirilən “Communitas Awards” beynəlxalq müsabiqəsində iki mükafata layiq görülüb

02-01-2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ABŞ-nin Marketinq və Kommunikasiya Peşəkarları Assosiasiyasının nüfuzlu “Communitas Awards” beynəlxalq müsabiqəsində növbəti uğura imza atıb.
Müsabiqədə Agentliyin “Məzunların məşğulluq reytinqi” platforması və peşə hazırlığının təşkili üzrə fəaliyyəti “Məşğulluq xidmətində mükəmməllik” və “Bacarıqlara əsaslanan icma xidmətində liderlik” kateqoriyaları üzrə xüsusi mükafatlara layiq görülüb.
https://enter.amcpros.com/communitas/entry/excellence-in-employment-service/
https://enter.amcpros.com/communitas/entry/leadership-in-skills-based-community-service-2/
Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Argentina, Türkiyə, İndoneziya, Vyetnam və s. ölkələrin dövlət və özəl qurumları iştirak ediblər.
“Communitas Awards” mükafatı müstəsna ictimai xidmət və sosial məsuliyyət nümayiş etdirən fərdləri, təşkilatları, özəl və dövlət qurumlarını təltif edən beynəlxalq proqramdır.
Agentlik ötən il də “Communitas Awards” müsabiqəsində “İctimai xidmətdə liderlik və korporativ sosial məsuliyyət” kateqoriyası üzrə xüsusi mükafata layiq görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    January 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031