azturkxeber.az
http://azturkxeber.az

“Regional əməkdaşlığımız həmvətənlilərimizin rifahının yüksəldilməsinə töhfə verəcək”-ARZU NAĞIYEV 

17-01-2025 Baxılıb: 2

 Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıdadır. O, Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlığının hökumətlərarası komissiyasının iclasında iştirak edir.

Qeyd olunub ki, Kobaxidzeni Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, mədəniyyət naziri Tinatin Ruxadze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani müşayiət edir.

O, artıq Baş nazir Əli Əsədovla görüşüb, Prezident İlham Əliyevlə də görüş nəzərdə tutulub.

Azturkxeber.az , Xalq.az-a istinadən xəbər verir ki, səfərlə bağlı  danışan Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası İşçi Qrupunun sədri Arzu Nağıyev bildirib ki, Hökumətlərarası Komissiyanın ikitərəfli münasibətlərə töhfə verib:

"Görüşlərdə bir sıra məsələlərin müzakirəsi gözlənilir. Dünən də xarici işlər nazirimiz Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Boçoşivilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu görüşlər həm geniştərkibli, həm də təkbətək formatda olub. Hökumətlərarası Komissiyanın iclasında hərtərəfli müzakirələr keçiriləcək. Parlament seçkilərinin uğurla keçməsi, yeni hökumətin formalaşması bundan doğan təzahürlərin müzakirəsi olacaq. Məlumdur ki, Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır. Həm təhlükəsizlik, həm də siyasi-iqtisadi məsələlər, hərbi təlimlərin keçirilməsi gündəlikdə olacaq. Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələri çox mühüm istiqamətdə gedir. ən vacib məsələlər onan ibarətdir ki, həm Hökumətlərarası, həm də parlamentlərarası  əməkdaşlıq strateji əlaqələrimizə töhfə verir”.

Arzu Nağıyev Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı da müzakirə aparılacağını deyib:

"Regional və beynəlxalq formatlarda ölkələrimiz bir-birilərinin legitim maraqlarına hörmətlə yanaşırlar. Düşünürəm ki, regional əməkdaşlığımızın nəticəsində baş tutan “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Qars”, “Cənub Qaz dəhlizi” kimi irimiqyaslı layihələr bir daha müzakirə olunacaq. Bu layihələr regionda iqtisadi inkişaf və sosial rifahın yüksəldilməsinə töhfə verəcəklər. Bundan başqa, Gürcüstan ərazisində yaşayan azərbaycanlıların yaşadığı 5 rayonla bağlı da, yəqin ki, müzakirələr aparılacaq və aparılmalıdır. Energetika və kommunikasiya sahələrindəki konkret layihələr üzərində əməli addımların atılması, qlobal səviyyədə bu məsələlərin müzakirəsi gündəlikdə olacaq. Yəni çox mühüm  görüş gözlənilir. Cənubi Qafqazda sülhün bərqərara edilməsi istiqamətində Gürcüstanın səyləri, sülh və sabitliyin əldə olunması üçün regional əməkdaşlıqda Ermənistanla bağlı müvafiq addımların atılması, Ermənistanın sürətlə silahlanmasının qarşısını almaq, revanşist meyillərin sülh prosesinə zərbə vurması da müzakirə olunacaq.  Ümumiyyətlə, qarşılıqlı maraq doğuran bütün ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031