azturkxeber.az
http://azturkxeber.az

Meşə yanğınlarının yeni fəsadları üzə çıxıb

19-01-2025 Baxılıb: 6

Meşə yanğınlarının yeni fəsadları üzə çıxıb

Avropa Aerokosmik Agentliyinin dəstəyi ilə bir qrup alim kütləvi meşə yanğınlarının indiyədək məlum olmayan fəsadlarını üzə çıxarıb.

Tədqiqatçıların qənaətinə görə, massiv meşə yanğınlarının yaratdığı risk hələ tam dərk edilməyib. Kosmosdan çəkilən fotolar bu təhdidləri başa düşməyə kömək edir.

Alimlərin fikrincə meşə yanğınları meteoroloji vəziyyəti, küləyin tipini dəyişir, atmosferə külli miqdarda hisin daxil olması ilə nəticələnir.

İntensiv meşə yanğınları atmosferə çox böyük həcmdə karbon qazının atılması ilə nəticələnir. 2023-cü ildə Kanadada 5 ay davam edən meşə yanğınlarında atmosferə buraxılan karbon qazının həcmi Rusiyada 1 il ərzində yanma məhsullarından əmələ gələn istixana qazlarının həcmindən çoxdur.

Eyni ildə Avstraliyada baş verən yanğınlar ozon təbəqəsindəki dəliyin 10 faiz böyüməsinə səbəb olub. Bu yanğından ayrılan kül və his minlərlə kilometr kənarda aşkar edilib.

Ən əsası isə, yanğına yaxın ərazilərdəki tikililərin divarında his və kül aylarla qala bilir ki, bu da sağlamlığa zərərdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031