azturkxeber.az
http://azturkxeber.az

20 Yanvar tarixində metropolitenin iş rejiminə dəyişikliklər ediləcək

19-01-2025 Baxılıb: 10

 Yanvarın 20-də Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək. Ümumxalq Hüzn Günü ilə əlaqədar “20 Yanvar”, həmçinin Şəhidlər Xiyabanına ən yaxın məsafələrdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri görülməklə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

AzTurkxeber.az xəbər verir ki, Qeyri-iş günü olduğundan qatarların hərəkət qrafiki dəyişdiriləcək, xəttə verilmək üçün ehtiyat qatarlar nəzərdə tutulacaq. 

Saat 12:00-da qatarların hərəkəti dayandırılacaq və qatarlardan siqnal veriləcək, şəhidlərin xatirəsi 1 dəqiqə mərasimlə anılacaq. 

Qeyd edək ki, 35 il əvvəl yanvarın 19-dan 20-nə keçən qanlı gecənin günahsız qurbanları arasında “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov da var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031