Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanı ziyarət edildi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi 20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər qərənfillər düzülüb.